Ağdaşda silah-sursat aşkarlandı
- 22.02.2024, 09:20,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Telexeber.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan "AKM" markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.