Sərxoş şəxs yolda uzandı, motosiklet üstündən keçdi
- 05.03.2024, 10:25,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Saatlıda motosiklet sürücüsü sərxoş şəxsin üzərindən keçib.
Telexeber.az-ın məlumatına görə, ötən gün saat 06:15 radələrində Hacıqabul-Bəhrəptəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Saatlı rayonu Mustafabəyli kənd sakini İsgəndərov Niyaməddin Aslan oğlu "Dnepr-11" markalı motosiklet ilə yolun hərəkət hissəsinə sərxoş vəziyyətdə uzanmış 1974-cü il təvəllüdlü Saatlı şəhər sakini Əliyev Ədalət Bəykişi oğlunun baş nahiyəsindən keçib.
Ədalət Əliyev aldığı xəsarətlərdən Saatlı rayon xəstəxanasında ölüb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263,2-ci maddəsi ilə cinayət işi başlanılıb.