Bakıda su xətti partladı - Yol bağlandı
- 02.05.2024, 09:15,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının mərkəzində su xəttinin partlaması problemə səbəb olub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, Səbail rayonu, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsi, su xəttində yaranmış problemə görə Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.