Tanınmış aktyor qardaşların alim atası vəfat etdi - FOTO
- 28.05.2024, 10:07,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tanınmış alim, memarlıq üzrə fəlsəfə doktoru Şənər Rzayev vəfat edib.
Telexeber.az İqtisadiyyat.az-a istinadən bildirir ki, bu mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şənər Niyazi oğlu Rzayev 1952-ci ildə anadan olub. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi.
Tanınmış alim həmçinin aktyor və ssenarist Fərid və Orxan Rzayev qardaşlarının atasıdır.

