Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

Bakıda 7 nəfərin bank kartından 300, 900, 50, 320, 125, 338 və 100 manat oğurlamaqda şübhəli şəxs saxlanılıb.

Telexeber.az bildirir ki, DİN-in məlumatına görə, 21 yaşlı Raqif Məmmədov eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb. O, “Tik-Tok”-da vətəndaşları aldadaraq onlara məxsus şəxsi məlumatları ələ keçirdikdən sonra bank kartlarına müdaxilə edib.
Популярный ролик