Ağsuda 43 yaşlı kişi güllələndi - Saxlanılan var
- 01.06.2024, 09:23,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.
Telexeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.
Araşdırma aparılır.