Bıçaqlanan məktəblinin son durumu ilə bağlı AÇIQLAMA
- 05.06.2024, 10:06,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, dünən Xaçmaz rayonunun Ləcət kənd tam orta məktəbində bıçaqlanma hadisəsi baş verib. 11-ci sinif şagirdi Azər Babaşov sinif yoldaşı Daşdəmir Rəhimova bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Telexeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ona hər iki budun, sol xayalığın və sol qulaq seyvanının kəsilmiş-deşilmiş yaraları diaqnozu təyin edilib.
"Hazırda xəsarət alan şəxsin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".