Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak oldu
- 06.06.2024, 13:30,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!