İstirahətə gedən sərnişinlərin avtobusu qəzaya düşdü - Ölən və yaralananlar var
- 06.06.2024, 13:45,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Cəlilabadda dəhşətli yol qəzası baş verib.
Telexeber.az bildirir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.