Toydan qayıdan ailə qəzaya düşdü - Xəsarət alan var
- 08.12.2022, 09:38,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun "Səbət bazarı" yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına anidən mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 10 yaşlı M.Süleymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmədova xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.