Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi
- 09.07.2024, 13:47,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.
Telexeber.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakinləri: - 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri istehsalat qazından zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.