Dərman almağa gəlmişdi - Telefonu oğurlandı
- 15.07.2024, 23:28,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Dərman almağa gələn müştərinin mobil telefonunu oğurlayan şəxs saxlanılıb.
Lənkəran şəhər sakininin apteklərdən birində dərman alarkən stolun üzərinə qoyduğu "Samsung" markalı telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Telexeber.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş Seyran Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Araşdırma aparılır.