Azərbaycanda dələduzluq halları artıb - RƏSMİ
- 17.07.2024, 09:30,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu ilin birinci yarımilində qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israf etmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb.
Telexeber.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə edilib.