Aşura günü toy etdilər, 21 nəfər xəstəxanaya düşdü
- 17.07.2024, 09:51,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Şamaxı rayonunda kütləvi zəhərlənmə olub.
Şamaxı rayon Mərkəzi Xəstəxanasından Telexeber.az-a verilən məlumata görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toy mərasimində baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyətləri normal olduğu üçün ambulator müalicəyə - evə buraxılıblar.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb toyda verilən salat olub.