Bakı Dəniz Limanında faciə - Ölən var
- 17.07.2024, 12:13,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.
M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.