Bakıda məşhur restoranda kütləvi dava - 7 nəfər saxlanıldı

Bakıda məşhur restoranda yeyib-içən 7 nəfər dava saldıqladına görə saxlanılıb.

Telexeber.az Qaynarinfo-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında baş verib.


7 dost avqust ayının 3-də "Gilavar" restoranında yeyib-içiblər. Dostlar həddindən artıq spirtli içki qəbul etdikdən sonra özlərini idarə edə bilməyərək səs-küy yaradıblar.


Nəticədə onlar məcburi restorandan çölə çıxarılıb. Evə getmək istəyərkən polis tərəfindən dostlardan 4-ü - Rəşad, Fərrux, Elşən və Rüstəm adlı şəxslər saxlanılıb.

Məhkəmənin qərarı ilə 1982-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş Rəşad İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olub. Dostlardan daha biri barəsində həbs qərarı verilib. 1982-ci ildə Goranboy rayonunun Səmədabad kəndində anadan olmuş digər şəxs isə cərimələnib.
Популярный ролик