Bakıda döyülən 18 yaşlı qızla bağlı DİN-dən AÇIQLAMA
- 09.08.2024, 14:37,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda, Qanbay Vəzirov küçəsində 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.
Hadisə ilə bağlı Telexeber.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 9 da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub:
"Əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür".