Şərurda turşudan zəhərlənən 16 yaşlı qız öldü
- 23.09.2024, 09:21,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.
Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.