Bakı məktəbində 10-cular dalaşdı - Ölən var
- 03.10.2024, 10:10,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.