Metrodakı hadisələrə səbəb sıxlıqdır? - VİDEO

Metronun "28 May" stansiyasında qatarın altına yıxılan şəxs ölüb. O, Bakıya işləməyə gələn 55 yaşlı Şirvan sakini Rövşən Abışovdur.

Metronun "Ulduz" stansiyasında qatar yoluna yıxılan şəxs isə 20 yaşlı Əmirəliyev İlkin Elnur oğludur. Onun ayaqları amputasiya olunub, vəziyyəti ağır-stabildir.


Telexeber.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, son günlər hər iki hadisə sosial şəbəkələrdə geniş müzakirə olunur. Baş vermiş bu hadisələri metrodakı sıxlıqla əlaqələndirənlər də var. Bəs bu fikirlərin əsası varmı?

Metrodakı sıxlığı hər gün bu nəqliyyat növündən istifadə edənlər də təsdiqləyirlər.

Hər iki oxşar hadisə metroda sıxlığın yaratdığı problem kimi göstərilsə də, Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iddiaların əsassız olduğunu deyir. Onun sözlərinə görə, məsələ barədə aidiyyəti qurumların hesabatı əsas götürüləcək.

Bəs belə halların qarşısını almaq üçün metroda təhlükəsizlik tədbirlərinin artırılması, daha dəqiq desək, platforma qapılarının qurulması mümkündürmü?

Metropoliten rəsmisi qeyd edib ki, metrostansiyalarda platforma qapılarının qurulmasının nə qədər effektiv ola biləcəyi hazırda qiymətləndirmə mərhələsindədir.

Daha ətraflı videoda:
Популярный ролик