Ağır qəzaya düşən qardaşlar komadadırlar
- 06.10.2024, 09:11,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Hacıqabul rayonunda ağır yol qəzasında xəsarətlər alan iki nəfərin şəxsiyyəti məlum olub.
Telexeber.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü Quluzadə İmran Nəbi oğlu və onun qardaşı, 1985-ci il təvəllüdlü Quliyev Anar Nəbi oğlu xəsarətlər alıb.
Xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədirlər.