Polisə müqavimət göstərən şəxs saxlanıldı
- 14.10.2024, 14:20,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Avtomobili qeydiyyat nişanı olmadan idarə edən, polisə müqavimət göstərən Xaçmaz rayon sakini saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.
Araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunub.
"Hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb. Lakin məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Təbriz Məhərrəmov sonradan dostu ilə birgə posta gələrək avtomobili yandıracaqlarını, özlərinə xəsarət yetirəcəklərini bildirməklə süni gərginlik yaratmağa calışıb, onları intizama dəvət edən YPX əməkdaşlarına hədə-qorxu gələrək tabesizlik göstəriblər. Hər iki şəxs saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib", - məlumatda vurğulanıb.