İdmançıların hücum etdiyi şəxs DSX mayorudur
- 06.01.2025, 09:19,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
Telexeber.az-ın əldə etdiyi məlumata görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.
Artıq hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, "Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır.
O, hadisəni sifariş verməkdə ittiham olunur.
Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.