Sumqayıtda ağır qəza, 2 ölü, 3 yaralı
- 17.01.2025, 09:54,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.