Bakıda 89 yaşlı kişi və xanımı faciəvi şəkildə öldü
- 03.02.2025, 10:14,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Suraxanıda ər-arvad dəm qazından boğularaq ölüb.
Telexeber.az xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.
Belə ki, 1936-cı il təvəllüdlü İsxaq Səfərəliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evin qonaq otağında yerləşən qaz sobasından sızan dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.