Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

İşğaldan azad olunmuş Xocalı ərazisində mina partlayıb.

Telexeber.az Oxu.az-a istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb, hazırda hospitala aparılır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
Популярный ролик