Ağdamda minaya düşənlər ata və övladları imiş
- 07.04.2025, 08:49,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
Telexeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, mina xəsarəti alan nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Elman oğluna sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü Məmmədova Dəniz Səbuhi qızına hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü Məmmədov Elmar Səbuhi oğlu isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.