Masallıda doğuş zamanı ana öldü
- 23.04.2025, 12:34,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Masallıda doğuş zamanı ana ölümü baş verib.
Telexeber.az xəbər TƏBİB-dən verilən məlumata görə, aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bildirilib ki, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb.