Gəncədə ağır qəza - Ölən və yaralanan var
- 29.04.2025, 10:26,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova xəsarət alıb.
Onlardan S.Kələntərovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.