Bu Azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cinayət işi açıldı
- 04.05.2025, 11:59,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Qars şəhərindən 4 Azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.
Telexeber.az Lent.az-a istinadla bildirir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.
Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına “ölkəni tərk etmək” göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb.
Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində “Rəsmi sənədləri saxtalaşdırma” maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində “Mühacir Qaçaqçılığı” cinayəti ilə bağlı qanuni iş başlanıb.
Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib.


