Bakıda avtobus şüşəsini sındıran sərnişin saxlanıldı
- 21.05.2025, 10:07,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Telexeber.az-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə mayın 17-də baş verib.