Lənkəranda bir nəfər meşədə itkin düşdü
- 05.06.2025, 14:23,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Telexeber.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.