Qəbələdə itkin düşən şəxs tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Telexeber.az xəbər verir ki, "FHN-dən verilən məlumatat görə, məlumatla əlaqədar dərhal qurumun Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Популярный ролик