Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə oldu

Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

Zəhərlənənələrin adları açıqlanıb:

Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova

Güllü Xəyyam qızı Məhərrəmova

Aydın Xəyyam oğlu Məhərrəmli

Zöhrə Mədət qızı Məhərrəmli

Sənan Cavanşir oğlu Məhərrəmov

Ümüd İlkin oğlu Səlimli

Firuzə Şaxtalı qızı Şirəliyeva

Aydan Məmməd qızı Şirəliyeva

Könül İlqar qızı Məmmədova

Səadət Mehrab qızı Orucova

Mübariz Ənnağı oğlu Şəmiyev

Samirə Qara qızı Şəmiyeva

Ramil Möhkəm oğlu Məmmədov

Ümid Mübariz oğlu Şəmiyev

Xatun Mübariz qızı Şəmiyeva

Qurban Nizami oğlu Əsgərli

Sultanlı Sehrayə İntiqam qızı
Популярный ролик