Keçmiş futbolçunun atası boğularaq öldü
- 21.07.2025, 10:37,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.
Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.