Axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi
- 24.07.2025, 11:38,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Telexeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.