Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- 08.08.2025, 12:21,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Şöhrət Mahmudovu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Telexeber.az-a verilən məlumata görə, ondan 10 kiloqram narkotik vasitə marixuana, 1 kq tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxs qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.