Qusarda ana doğuşdan sonra öldü
- 13.08.2025, 12:23,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Qusar rayonunda ana doğuşdan sonra ölüb.
Telexeber.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.
Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.
Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.
Bu, onun ikinci hamiləliyi olub.