Əkin sahəsində yanğın törədən şəxs saxlanıldı
- 16.08.2025, 10:55,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İyul ayının 8-də Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Telexeber.az-a verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. K. Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.