Xaçmazda ağır qəza - Ölən var
- 18.08.2025, 11:32,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində Quba rayonu Alekseyevka kənd sakini, 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu "KİA" markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.
E.Əlimərdanov aldığı ağır bədən xəsarətlərindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırmalar aparılır.