Abşeronda evdən meyit tapıldı
- 18.11.2025, 11:46,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Abşeronda 60 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, Quşçuluq massivi 6-cı küçə, ev 119 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Hümbət Yəhya oğlu Hüseynovun meyiti noyabrın 17-də axşam 20 radələrində onunla qonşuluqda yaşayan oğlu tərəfindən aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.