Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü
- 29.11.2025, 11:03,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.
Telexeber.az-a FHN-dən bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Telexeber.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.