Azərbaycanda 31 yaşlı kişi qətlə yetirilib
- 01.01.2026, 13:24,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağsuda qətl hadisəsi baş verib.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, Dekabrın 31-də saat 23 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir