Sabunçuda 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı
- 19.01.2026, 08:59,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Telexeber.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Araşdırmalar davam etdirilir.