Xətaidə evlərdən oğurluq edən şəxs saxlanıldı
- 19.01.2026, 09:01,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib. Zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.
Telexeber.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb.
Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.