Salyanda ağır qəza oldu - Xəsarət alanlar var/ YENİLƏNİB

Salyandakı avtoqəzada xəsarət alanların kimliyi müəyyənləşib.

Telexeber.az Report-a istinadən xəbər verir ki, həmin şəxslər Salyan rayon Quyçu kənd sakinləri 1946-cı il təvəllüdlü Hüseynova Naibə Ağəli qızı, onun gəlini, 1969-cu il təvəllüdlü Hüseynova Dilarə Əlihüseyn qızıdır.

D.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. Digər xəsarət alan bir nəfər isə tibbi yardımdan imtina edib.

11:19

Salyanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar var.

Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən krçən hissəsində qeydə alınıb.

Belə ki, "BMW"markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər xəsarət alıb.

Birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Təcili yardımdan dedilər ki, ölüb, amma tam dəqiq deyil.
Популярный ролик