Qanunsuz silah-sursat aşkarlandı
- 30.01.2026, 13:42,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.