Yaşayış binasında yanğın oldu

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub, yanğın söndürülüb.
Популярный ролик