Məktəblilər arasında dava - Yaralılar var
- 09.02.2026, 14:52,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Telexeber.az xəbər verir ki, xəsarət alanların 2011-cu il təvəllüdlü O.Abuzərli, 2009-cu il təvəllüdlü H.Abuzərli və 2011-ci il təvəllüdlü S.Məmmədli olduğu bildirilir.
Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.