Yasamalda iki nəfər saxlanıldı
- 20.02.2026, 15:06,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Yasamal rayonunda çalışdıqları şirkətin anbarından 10 min manatlıq təmir-tikinti materialları oğurluq edən şəxslər saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.